Azərbaycan Ordusunun zabiti baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub

post-img

Azərbaycan Ordusunun zabiti həlak olub.

Məlumatı Müdafiə Nazirliyi verib.

“Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!” - deyə məlumatda bildirilib.

Ordu