Erməni politoloq: Azərbaycan Ordusu NATO standartlarına tam uyğundur

post-img

NATO üzvü olan ölkələrlə sıx əməkdaşlığı müqayisə etsək, Azərbaycan onlarla bizdən daha dərin əməkdaşlıq edir.

“Caliber”in xəbərinə görə, bu barədə politoloq Azat Arşakyan Ermənistan mətbuatına müsahibəsinsə bildirib.

“Unutmamalıyıq ki, Azərbaycan “bir millət, iki dövlət” formuluna görə Türkiyə ilə sıx bağlıdır. Yəni, Azərbaycan ordusu silahlı və təlim keçmiş, NATO standartlarına uyğun qurulmuş ordudur. Türkiyənin təmsil etdiyi NATO Azərbaycan ordusu ilə dərin və ciddi əməkdaşlıq edir. Azərbaycan bizdən öndədir”, - deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Ordu