Rusiya Prezidenti Vladimir Putin dekabrın sonunda MDB ölkələrindən olan həmkarlarını Sankt-Peterburqda qeyri-rəsmi görüşdə gözləyir. Məlumatı “İnterfaks.ru” verib.
“Ümid edirəm ki, sizi tezliklə - dekabrın sonunda Ali Avrasiya İqtisadi Şurasının iclasında və Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşündə görəcəyəm”, - deyə Putin bu gün VDNX-da görüşən MDB Hökumət Başçıları Şurasının iştirakçılarına videomüraciətində deyib.
Putin birlik ölkələrinin baş nazirlərindən dekabrın sonunda görüşəcəyini gözlədiyi dövlət liderlərinə ən səmimi salamlarını çatdırmağı xahiş edib.
XQ