Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində “Roketsan” şirkətinin istehsalı olan TRLG-230 raketindən istifadə edilib.
XQ-nin təlimə cəlb olunmuş əməkdaşı bildirib ki, təlim zamanı TRLG-230 raketi təyin olunan hədəfi dəqiqliklə məhv edib.
Qeyd edək ki, TRLG-230 raketi ilk dəfə Azərbaycan Ordusu tərəfindən Qarabağ savaşında çox uğurlu şəkildə tətbiq edilib. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri “Bayraktar TB2” PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib.
Rizvan FİKRƏTOĞLU
XQ

