Pentaqon Ukrayna üçün tank sifariş verdi

post-img

Pentaqon “General Dynamics” ilə Ukrayna üçün tanklar üçün müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi və “General Dynamics Land Systems” Ukrayna üçün M1A1 Abrams tanklarının istehsalı üçün 27,1 milyon dollar məbləğində müqavilə imzalayıb. Pentaqonun məlumatında ​​tankların sayı göstərilmir.

Amerika Müdafiə Nazirliyinin sənədindən belə qənaətə gəlmək olur ki, tanklar Ohayo ştatının Lima şəhərində istehsal olunacaq. İşlərin 29 sentyabr 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Tankların istehsalı üçün vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi kimi ayrılıb, ona görə Pentaqon avadanlıq istehsalçıları ilə müqavilələr bağlayır və onu birbaşa öz ehtiyatlarından təmin etmir.

ABŞ Müdafiə Nazirliyinin “General Dynamics Land Systems” şirkətinin istehsalı olan yeni “Abrams” tanklarını Ukraynaya göndərməyi planlaşdırması barədə fevralın 5-də “Financial Times” məlumat yayıb. Nəşrin məlumatına görə, şirkət ayda təxminən 12 tank istehsal edə bilər. Dünən, aprelin 5-də Pentaqon yaxın gələcəkdə Ukrayna hərbçilərinə Abramsdan istifadə üzrə təlimlərə başlamaq niyyətində olduğunu açıqlayıb.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

 

Ordu