Türkiyə İsveç üçün toplantı təşkil edəcək

post-img

Türkiyə İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün iyunda toplantı təşkil edəcək.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İbrahim Kalın İsveçdə iyun ayından etibarən yeni antiterror qanununun qüvvəyə minəcəyini deyib.

Onun sözlərinə görə, İsveç Türkiyənin Alyansa üzvlüyünü ratifikasiya etmək üçün tələbləri hələ tam yerinə yetirməyib və Ankara bunu Stokholma dəfələrlə bəyan edib.

Dünya