“El-Klassiko”da het-trik

post-img

"Real" İspaniya Kubokunum finalına vəsiqə qazanıb. 

 

 

İspaniya Kubokunda yarımfinal mərhələsinin son qarşılaşması çərçivəsində "Barselona" doğma meydanda Madridin "Real" klubunu qəbul edib. 

"Kamp Nou"da keçirilən matçın birinci hissəsi gərgin mübarizə şəraitində yadda qalıb. İlk hissəyə artırılmış əlavə vaxtın birinci dəqiqəsində Vinisius Junir  Kərim Benzemanın ötürməsini dəqiq zərbə ilə qapıdan keçirib. 

Matçın ikinci hissəsi Kataloniya klubu üçün daha dramatik olub. Belə ki, ikinci hissədə daha mübariz oyun sərgiləyən Kral klubu növbəti mərhələyə adlayan tərəf olub. 50-ci dəqiqədə Modriçin ötürməsi sayəsində  Kərim Benzema "Barselona" azarkeşlərini məyus edib. 58-ci dəqiqədə isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən K.Benzema özünün 2-ci komandasının isə üçüncü qolunu vurub. Matçın 80-ci dəqiqəsində isə Vinisius Juniorun ötürməsini qola çevirən Kərim Benzema het-trikə imza atıb. Oyun qonaqların 4:0 hesablı qələbəsi başa çatıb.

Qeyd edək ki,  Madriddə keçirilmiş ilk görüşdə kataloniyalılar minimal hesablı (1:0) qələbə qazanıblar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman