№ 37 3 fevral 2026-cı il, Bakı şəhəri
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 360 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 436 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 360 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 921) adına, 1-ci və 3-cü hissələrinə “Maliyyə Monitorinqi Xidmətinin” sözlərindən sonra “Şübhəli əməliyyatların monitorinqi” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

