№ 420 Bakı şəhəri, 13 sentyabr 2024-cü il
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 30 may tarixli 76 nömrəli və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2024-cü il 30 may tarixli 77 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 30 may tarixli 76 nömrəli və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2024-cü il 30 may tarixli 77 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 516 (Cild I); 2024, № 3, maddə 326) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları”nın 6.26-cı bəndinin on üçüncü abzasında “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin.
2. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 fevral tarixli 15 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 130 (Cild I); 2024, № 5 (II kitab), maddə 579) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissədə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “AzərTAc-ın yaradıcı işçilərinə kütləvi informasiya vasitələri üçün hazırladıqları materiallara görə ödənilən qonorarların məbləğləri”nin adında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 633 (Cild I) ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nın 3-cü hissəsində “Efir, peyk və kabel televiziya yayımı” sözləri “Yayım və retranslyasiya xidmətləri” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 386 (Cild I) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissənin on ikinci abzasında “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
4.2. 3.11-ci bənd üzrə:
4.2.1. adında “Kütləvi informasiya vasitələri (KİV)” sözləri “Media” sözü ilə əvəz edilsin;
4.2.2. ikinci abzasda “KİV” akronimi “media subyektləri” sözləri ilə əvəz edilsin;
4.2.3. dördüncü abzasda “KİV vasitəsilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 noyabr tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1461 (Cild I) ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları”nın 7-ci hissəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 333 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 5.14.1.5-ci yarımbənddə, 13-cü hissənin adında, 13.1-ci və 13.3-cü bəndlərdə “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;
6.2. həmin Qaydalara 5 nömrəli əlavə - “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın “İltizamın arxa tərəfi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən Çıxarış” hissəsində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin;
6.3. həmin Qaydalara 18 nömrəli əlavə - “Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nümunəvi gün bölgüsü”ndə “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505 (Cild I) ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın 1.2.2-ci yarımbəndində, 2.2-ci və 2.3-cü bəndlərində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri