COP29 ilə əlaqədar noyabrın 12-dən 22-dək orta məktəblərdə payız tətili olacaq, ali məktəblər distant təhsilə keçəcək QƏRAR

post-img

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını imzalayıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən:

- ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

-peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.

Nazirlər kabinetinin qərarları