Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 340 Bakı şəhəri, 15 iyul 2024-cü il

“Bakı şəhər Baş Səhiyyə İdarəsi­nin tabeliyində yaradılmış xüsusi am­bulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-po­liklinik yardım göstərən tibb işçiləri­nin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qə­rarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial mü­dafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrə­li Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqları­na müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992 (Cild I); 2024, № 1, mad­də 92, № 4, maddə 459) 2-ci hissəsində “iyulun” sözü “oktyabrın” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları