Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 339 Bakı şəhəri, 15 iyul 2024-cü il

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərin­də iştirak edən tibb işçilərinin əmək­haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) in­feksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yeni növ koronavirus (COVID-19) in­feksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müd­dətli əlavənin müəyyən edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373 (Cild I); 2024, № 4, maddə 451; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli Qərarı) 2-ci hissəsində “iyulun” sözü “oktyabrın” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları