Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 338 Bakı şəhəri, 13 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, ha­zırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişik­lik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 961 (Cild I) ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlan­ması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələri­nin Siyahısı”na aşağıdakı məzmunda on beşinci sətir əlavə edilsin:

“Yeni Klinika” publik hüquqi şəxs           qaraciyər, böyrəklər


Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları