Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 337 Bakı şəhəri, 13 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiya­sını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda də­yişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 960 (Cild I) ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na aşağıdakı məzmunda on beşinci sətir əlavə edilsin:

“Yeni Klinika” publik hüquqi şəxs                qaraciyər, böyrəklər


Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları