Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 341 Bakı şəhəri, 17 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr ta­rixli 178 nömrəli Qərarı ilə təsdiq edil­miş “Qiymətləri (tarifləri) dövlət tərə­findən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 may ta­rixli 247 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 2-ci hissəsindən “və bitum” sözləri çıxarılsın.

2. Bu Qərar 2024-cü il avqustun 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları