Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 263 Bakı şəhəri, 16 may 2024-cü il

“Dəniz nəqliyyatında xarici daşı­maçılıqla məşğul olan ticarət donan­masının heyət üzvlərinə vəzifə maaşla­rına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edilməsi və “Dəniz nəqliyyatında eza­miyyə xərcləri əvəzinə  üzücü heyətin üzvlərinə sutkalıq ənişlərin məüəy­yən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nrəli Qəra­rında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qa­nununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. “Dəniz nəqliyyatında xarici daşıma­çılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddi­nin məbləği” təsdiq edilsin (əlavə olunur).

2. “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may ta­rixli 75 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 312 (Cild I) 1-ci hissə­si ləğv edilsin.

Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları