AFFA İntizam Komitəsi “Qəbələ” klubunu cərimələyib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, Misli Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün qonaq komanda 700 manat cərimələnib.
Qeyd edək ki, mövsümün açılış qarşılaşması bərabərliklə yekunlaşıb - 1:1.
Qabil YUSİFOĞLU
XQ