Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 261 Bakı şəhəri, 16 may 2024-cü il

“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin əra­zilərdə təsərrüfat işlərinin aparılma­sına dair tələblər”in təsdiq edilməsi haqqında

“Elektroenergetika haqqında” Azər­baycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.2-ci yarım­bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilər­də təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilsin (əlavə olunur).

2. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qayda­ları”nın və “Gərginliyi 1000 voltdan yuxa­rı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2005-ci il 10 iyun tarixli 103 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, mad­də 539 (Cild I) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).

3. “Azərenerji” Açıq Səhmdar Cə­miyyəti ötürücü şəbəkəyə münasibətdə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti pay­layıcı şəbəkəyə münasibətdə elektrik şəbəkələrinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Əli ƏSƏDOV,Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları