Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 260 Bakı şəhəri, 16 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti­nin strukturu”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təş­kili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbən­dinə əsasən Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nun 2-ci hissəsin­də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci, 2.2-ci, 2.5-ci və 2.6-cı bənd­lər aşağıdakı redaksiyada verilsin:

“2.1. Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) Bakı şəhərinin enerji təchizatı və satışı idarələri və Ab­şeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi;

2.2. Sumqayıt Regional Enerji Tə­chizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi;

2.5. Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Ağsu, Kürdəmir, Zər­dab və Füzuli rayon elektrik şəbəkələri;

2.6. Mərkəzi-Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş, Ucar, Göyçay, Tərtər və Bərdə rayon elektrik şəbəkələri;”.

2. 2.8-ci bəndin sonunda nöqtə işarə­si nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.9-cu və 2.10-cu bəndlər əlavə edilsin:

“2.9. Qarabağ Regional Enerji Təchi­zatı və Satışı İdarəsi (Şuşa) - Şuşa, Xo­cavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbə­cər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsi;

2.10. Xaçmaz Regional Enerji Təc­hizatı və Satışı İdarəsi (Xaçmaz) - Xaç­maz, Şabran, Quba, Qusar və Siyəzən rayon elektrik şəbəkələri.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları