Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 217 Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətin­də olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yara­dılan publik hüquqi şəxslər və komis­siyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Prezi­denti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azər­baycan Respublikasının Prezidenti ya­nında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barə­də” Azərbaycan Respublikası Prezidenti­nin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının 2.3-cü bəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli və 3 aprel tarixli 195 nömrəli qərarları) ilə təs­diq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 3-cü hissəsinin əlli ikinci abzasından “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları