Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında 9-culardan ibarət milli komandamız uğurla çıxış edərək 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıb.
Bakıdakı 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdləri Hüseyn Zeynalov və Fərrux Burzu gümüş medal, Şəki şəhərindəki kimya-biologiya təmayüllü liseyin şagirdi Turan Musayev və Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Səfərli isə bürünc medal qazanıblar.
Qeyd edək ki, qızıl medalın sahibi olan şagirdimiz Fərhad İsgəndər olimpiadada verilən bütün tapşırıqları düzgün həll edərək, maksimum nəticə – 40 bal toplayıb və olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasında mükafata layiq görülüb. Daha öncə Fərhad Özbəkistanda Əl-Xarəzmi Riyaziyyat və İnformatika Olimpiadasında da qızıl medala sahib olmuşdu.
XQ