Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkədə su enerjisi ilə işləyən stansiyalarda 1,506 milyard kVt-saat elektrik enerjisi (ötən ilin eyni dövrü ilə müqayisədə 326,7 milyon kVt-saat və ya 27,7 faiz çox) istehsal edilib.
Qeyd edək ki, respublikada elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-may aylarında 1,518 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 252,9 milyon manat olub.