Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 216 Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yü­rüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilmə­si haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommer­siya məqsədləri üçün nəzərdə tutul­mayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdi­rilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiya­ların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdı­rılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarix­li 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikası Prezi­dentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsu­si Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçu­larının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 de­kabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mü­hafizəsi Dövlət Agentliyi haqqında Əsas­namənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin si­yahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərman­larının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 880 (Cild I) ilə təsdiq edilmiş “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi bina­ların siyahısı”nın 1-ci hissəsində aşağı­dakı dəyişikliklər edilsin:

1.1. yeddinci abzas aşağıdakı redak­siyada verilsin:

“Azərbaycan Respublikası Preziden­tinin Təhlükəsizlik Xidmətinin inzibati bi­nası;”;

1.2. səkkizinci−on beşinci abzaslar onuncu−on yeddinci abzaslar hesab edil­sin və aşağıdakı məzmunda səkkizinci, doqquzuncu abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Xüsu­si Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi­nin inzibati binası;”.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1223 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 85 nömrəli və 12 mart tarixli 137 nömrəli qərarları) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların göm­rük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nöm­rəli Əlavə - “Azərbaycan Respublikası­nın müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhə­dindən keçirilən və beynəlxalq poçt gön­dərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 2-ci hissəsində “Xüsusi Dövlət Mühafizə” sözləri “Prezidentinin Təhlükə­sizlik” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 fevral tarixli 47 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 345 (Cild I) ilə təsdiq edilmiş “Kor­respondensiyaların və digər göndərişlə­rin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi” sözləri “Rabitə və İnformasiya Təhlükə­sizliyi Dövlət Xidmətinin Feldyeger Ra­bitəsi Baş İdarəsi” sözləri ilə əvəz edilsin; 

3.2. 1.4-cü, 3.2-ci bəndlərdə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasi­ya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

3.3. 10.5-ci bəndin birinci cümləsində “9.4-cü” sözləri “10.4-cü” sözləri ilə, 11.3-cü bənddə isə “2-ci” sözləri “3-cü” sözləri ilə əvəz edilsin;

3.4. həmin Qaydanın 1 nömrəli (hər üç halda), 2 nömrəli, 3 nömrəli və 5 nöm­rəli əlavələrində ismin müvafiq hallarında “Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi” sözləri “Rabitə və İnfor­masiya Təhlükəsizliyi Dövlət Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları