Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 215 Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin “İnzibati orqan­ların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun böl­mələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqan­ların Təsnifatı”nın II bölməsinin 14.1.2-ci, 14.1.3-cü və 14.1.5-ci yarımbəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli, 1 aprel tarixli 184 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurum­ların) və onun bölmələrinin adları”ndan “Dövlət Məşğulluq Xidmətinin Aparatı;”, “Dövlət Sosial Təminat Xidmətinin Apara­tı;” və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatı;” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları