Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 218 Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşul­malı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bun­dan irəli gələn bəzi məsələlərin tənzim­lənməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547 (Cild I); 2024, № 1, maddə 87) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyat­larının Siyahısı”nın 13.1-ci bəndi aşağı­dakı redaksiyada verilsin:

“13.1. Şəhərsalma və tikinti fəaliyyə­tinin vahid informasiya təminatı sistemi”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları