“Gəncə” heyətini gücləndirib

post-img

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib. Belə ki, ABŞ-dan olan idmançı İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb. Xatırladaq ki, amerikalı voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib.

25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib.

M.HACIXANLI 
XQ 

 

İdman