Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 210 Bakı şəhəri, 16 aprel 2024-cü il

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edil­məsi haqqında

“Elektrik enerjisi istehsalında bərpa olu­nan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Bakı şəhəri, Qaradağ rayonunun Müş­fiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hek­tar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı tə­yinatlı torpaqlar kateqori-yasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsi­nin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri əlavə olunur).

2. Azərbaycan Respublikasının Energeti­ka Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəy­yən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qay­dası”nın tələblərinə uyğun həyata keçirsin.

3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bər­pa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 34,5 hektar torpaq sahə­sində külək elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqın­da” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddət­də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qə­rarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmə­dikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respubli­kasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbay­can Respublikası Nazirlər Kabineti Aparatı­nın Aqrar və ekologiya şöbəsinə həvalə edil­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları