Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 181 Bakı şəhəri, 27 mart 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 5 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild l) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əlavə - “Xidmətlər Zər­finə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin 2.1.546-cı yarımbəndinin “Tibbi xidmətin adı” sütununa “övladlığa götürmə” sözlərindən sonra “və himayədar ailə (hi­mayədar valideyn) olma” sözləri əlavə edil­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları