Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 33 Bakı şəhəri, 19 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılma­sı Qaydaları”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elm haqqın­da” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 907-VIQD nömrəli Qanunu­nun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrə­manı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunu­nun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli 1009 nömrəli, “Azərbaycan Res­publikasının “Vətən Müharibəsi Qəhrə­manı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2236 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2016, № 8,maddə 1429 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elmi eks­pedisiyaların təşkili və aparılması Qayda­ları”nın 1.7-1-ci bəndində “elmin müxtəlif sahələri” sözləri “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları