Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 32 Bakı şəhəri, 19 yanvar 2024-cü il

“Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azər­baycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlan­dırılması haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onla­rın məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 245 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adı və 1-ci hissə üzrə:

1.1. “Olimpiya” sözündən sonra “, Pa­ralimpiya və qeyri-olimpiya” sözləri əlavə edilsin;

1.2. birinci halda “və” sözü vergül işarəsi ilə və “Kubok yarışlarında” sözləri “birinciliklərində” sözü ilə əvəz edilsin.

2. 2-ci hissə ləğv edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempio­natları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respub­likasının idmançıları və onların məşq­çiləri üçün mükafatlar” yeni redaksiyada verilsin (əlavə olunur).

4. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları