Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 1 Bakı şəhəri, 8 yanvar 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nrəli Qərarı ilə təsdiq edilmiş “B・・ n radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radi­omaneələrin qarşısının alınması Qay­dası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1237 (Cild I) ilə təs­diq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı ra­diomaneələrin qarşısının alınması Qay­dası”nda aşağıdakı dəyişikliklər edilsin: 

1. 1.2-ci bənddə “qanuni” sözü “icazə­li” sözü ilə əvəz edilsin.

2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Müraciətlərdə maneə təsirinə məruz qalan radiotezlik nominalı (və ya radiotezlik zolağı), maneənin təsir müd­dəti, ərazi, maneə təsirinə məruz qalan avadanlıq və ya şəbəkə haqqında məlu­matlar, həmçinin maneənin ehtimal olu­nan istiqaməti və xarakteri bildirilir.”.

3. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Xüsusi təyinatlı telekommunika­siya şəbəkələrinə və ümumistifadəli radi­orabitə şəbəkələrinə təsir edən maneələr barədə müraciətlərə təxirəsalınmadan, digər müraciətlərə isə aşağıdakı müddət­lərdə baxılır:

3.1.1. radiomaneə mənbəyinin axtarı­şı tələb olunmadığı halda 5 iş günündən gec olmayaraq; 

3.1.2. radiomaneə mənbəyinin axta­rışı tələb olunduğu halda 10 iş günündən gec olmayaraq, axtarışın çətin şəraitdə aparıldığı halda isə müraciətə baxılması müddəti 21 iş günədək artırıla bilər. Bu halda müraciətçiyə 2 iş günündən gec ol­mayaraq rəsmi və ətraflı məlumat verilir;

3.1.3. radiomaneə barədə müraciət ölkə və yaşayış məntəqələri üzrə müxtəlif əraziləri əhatə etdiyi və ya respublikadan kənarda müəyyənləşdirildiyi halda 30 iş günündən gec olmayaraq.”. 

4. 3.2-ci bənd ləğv edilsin.

5. 3.4.1-ci yarımbənddə “qəbuledici­də” sözü “radioqə-buledicidə, radioelekt­ron vasitəsində” sözləri ilə əvəz edilsin.

6. 3.4.2-ci yarımbənddə “qəbuledici qurğularında” sözləri “radioqəbuledici qurğularında və ya radioelektron va­sitələrində” sözləri ilə əvəz edilsin.

7. 3.4.3-cü yarımbəndin birinci abza­sında “qəbuledicilərdə” sözü “radioqə­buledicidə, radioelektron vasitəsində” sözləri ilə, ikinci abzasında “qəbuledici və ya anten-fider qurğularını” sözləri “ra­dioqəbuledici qurğularını, radioelektron vasitələrini və ya anten-fider qurğularını” sözləri ilə əvəz edilsin.

8. 4.1-ci bəndin ikinci cümləsində “qanuni” sözü “icazəli” sözü ilə əvəz edil­sin və həmin bəndin üçüncü cümləsi aşa­ğıdakı redaksiyada verilsin:

“Əgər radiomaneə mənbəyi respubli­kadan kənarda aşkar olunarsa, radioma­neələr barədə zəruri məlumatların aidiy­yəti rabitə administrasiyasına çatdırılaraq maneələrin aradan qaldırılması istiqamə­tində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Radiotezliklər İdarəsi tərəfindən Beynəlxalq Telekommunikasi­ya İttifaqının Radiorabitə Reqlamentinin 10 saylı Əlavəsi və ya ölkələrlə ikitərəfli razılaşma sənədlərində nəzərdə tutul­muş müvafiq formalara uyğun müraciət hazırlanaraq Azərbaycan Respublikası­nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyinə təqdim olunur və bu barədə müra­ciətçiyə rəsmi və ətraflı məlumat verilir.”.

9. 4.2.3-cü yarımbənddə “yetirilə bilər” sözləri “yetirilir” sözü ilə əvəz edil­sin.

10. 4.3-cü bənddə “araşdırılmalı” sözü “araşdırılır” sözü ilə, “verilməlidir” sözü “verilir” sözü ilə əvəz edilsin.

11. Aşağıdakı redaksiyada 4.7- 4.10-cu bəndlər əlavə edilsin:

“4.7. Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radi­omaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilə­rinə onların tabe olduqları dövlət orqan­larının razılığı ilə, sahibkarlıq subyektlə­rinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiə­si haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daxil ol­ması üçün maneə təsiri yaratması ehti­mal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şə­rait yaradılır və müvafiq tədbirlər görülür.

4.8. Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadə­sinə icazə verilmiş radiotezliklərə radio­maneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstə­rişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır.

4.9. Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiora­bitə Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklə­rin idarəolunması üzrə Azərbaycan Res­publikasının da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) ya­randığı təqdirdə həmin qurğunun istifa­dəsinin təxirəsalınmadan dayandırılma­sı qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir.

4.10. Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları