Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 479 Bakı şəhəri, 25 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respub­likası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siya­hısı”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354, № 9, mad­də 1909; 2019, № 2, maddə 352, № 4, maddə 754, № 8, maddə 1462; 2020, № 6, maddə 793, № 9, maddə 1235; 2023, № 2, maddə 316, № 9, maddə 1370) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin struk­turuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənd aşağıdakı redaksiyada veril­sin:

“2.4. “Xınalıq və Köç yolu” Dövlət Ta­rix-Mədəniyyət və Etnoqrafiya Qoruğu;”.

2. “Qeyd” hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları