Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

post-img

№ 478 Bakı şəhəri, 25 dekabr 2023-cü il

“Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəs­sisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qayda­ları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il .. 14 aprel tarixli 103 nömrəli Qərarının ləğv edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Tikinti materiallarının və məmulatının ser­tifikatlaşdırılmasını həyata keçirən müəssisələ­rin laboratoriyalarının, habelə sınaq laboratori­yalarının akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 aprel tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2014, № 4, maddə 447) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları