Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 418 Bakı şəhəri, 18 noyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətin­də olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yara­dılan publik hüquqi şəxslər və komis­siyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xid­məti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən, Azər­baycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084, № 12, maddə 1566; 2023, № 8 (II kitab), maddə 1258; Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 4 oktyabr tarixli 354 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azər­baycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məx­sus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və ko­missiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 17-ci hissəsinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“17-3/ Şərqi Zəngəzur İqtisadi Rayo­nunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları