Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 419 Bakı şəhəri, 18 noyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aero­portlarında (hava limanlarında) xü­susilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189; 2022, № 7, maddə 811; 2023, № 4, maddə 583, № 7, maddə 1067) ilə təsdiq edilmiş 3 nöm­rəli əlavə - “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xü­susilə mühüm şəxslər (VİP) və rəsmi nü­mayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.8-ci bəndində “Azərbay­can Respublikası Prezidentinin Protokol xidməti” sözləri “Azərbaycan Respublika­sının Xarici İşlər Nazirliyi” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları