Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 420 Bakı şəhəri, 20 noyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Mə­cəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azər­baycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilmə­si barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 7 iyun tarixli 2174 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 444; 2014, № 2, maddə 201, № 7, maddə 942; 2015, № 2, maddə 230; 2017, № 5, maddə 964, № 10, maddə 1911) ilə təsdiq edilmiş “Atçılıq sahəsin­də dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edil­sin:

1. 2.1-ci bəndə “Kənd Təsərrüfa­tı Nazirliyi” sözlərindən sonra “və Qida Təhlükəsizliyi Agentliyi (baytarlıq (baytar­lıq-sanitariya) qaydalarına riayət edilmə­sinə münasibətdə)” sözləri əlavə edilsin.

2. 2.2.1-ci yarımbənddə “müvafiq qa­nunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin” sözləri “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Res­publikasının Qanunu ilə müəyyən edilən qaydaların, seleksiya nümunələri və da­mazlıq heyvandarlığın norma və qayda­larının” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü bənddə “baytarlıq-sanitari­ya” sözləri “baytarlıq (baytarlıq-sanitari­ya)” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları