Azərbaycanda 1992-ci ildə ləğv edilən Ağdərə rayonu yenidən bərpa edilir. Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
Xatırladaq ki, 1993-cü ildə Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Silahlı Qüvvələrimizin antiterror tədbirləri nəticəsində rayon Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
XQ