Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 363 Bakı şəhəri, 10 oktyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda, 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilmə­si, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətlən­dirilməsi Qaydası”nda, 2020-ci il 5 fev­ral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”də və 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçiril­məsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublika­sı Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühi­tin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” Azərbay­can Respublikasının qanunlarında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2023-cü il 17 fevral tarixli 816-VIQD nömrəli Qanununun və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nöm­rəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950; 2017, № 7, maddə 1480; 2018, № 9, maddə 1939; 2020, № 2, maddə 186, № 6, maddə 815; 2022, № 2, maddələr 168, 185) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə - “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qru­puna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə”nin 2.4-cü bəndində “mətbuat, radio-televiziya və digər kütləvi informa­siya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238; 2019, № 3, maddə 518) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçiril­məsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci və 5.2-ci bəndlərinin ikinci cümlələrində “digər kütləvi infor­masiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 182; 2021, № 11, maddə 1296) ilə təsdiq edilmiş “Dövlət ekoloji ekspertiza­sını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin 3.4-cü bəndinin ikinci cümləsində “kütləvi informasiya va­sitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655; 2022, № 5, maddə 552; 2023, № 1, maddə 126) ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda aşağıda­kı dəyişikliklər edilsin:

4.1. 3.4-cü bənddə “kütləvi informasi­ya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

4.2. 3.6-cı bəndin ikinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;

4.3. 3.14-cü bənddə “kütləvi informa­siya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları