Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 362 Bakı şəhəri, 10 oktyabr 2023-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”də və 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəs­sisələrində (ümumi təhsil üzrə təhsil­verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təh­silverənlərin sertifikatlaşdırma Qay­dası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunma­sı haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli isti­fadəsi haqqında”, “Sosial xidmət haqqın­da”, “Uşaqların icbari dispanserizasiya­sı haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqın­da”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mə­dəniyyət paytaxtı – Şuşa şəhəri haqqın­da” Azərbaycan Respublikasının qa­nunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanu­nunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439; 2014, № 10, maddə 1320; 2019, № 5, maddə 948; 2022, № 5, mad­də 555) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”nin 3.4-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “medi­ada” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435) ilə təsdiq edilmiş “Dövlət ümumi təh­sil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil­verənlərin sertifikatlaşdırma Qaydası”nın 2.7-ci bəndində “kütləvi informasiya va­sitələrinin” sözləri “media” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları