Bəs Kanada nə vaxtdan Avropa ölkəsi olub?
Son günlər region mətbuatında verilən “Avropa İttifaqı Ermənistana daha bir missiya göndərdi”, “Ermənistanın Gorus şəhərində də Avromissiyanın ofisi açıldı”, “Avropa mütəxəssisləri Ermənistanda fəaliyyətə başladılar” və sair bu kimi xəbər başlıqları oxucuların gözünü yağır etməkdədir. Əslində, bunun bizə elə bir ağır-yüngüllüyü yoxdur. Çünki Ermənistan pis-yaxşı, dövlətdir, kimi istəsə gətirib öz ərazisində saxlaya bilər. Onu da xatırladaq ki, işğalçı ölkədə hər adambaşına bir Avropa missioneri yerləşdirilsə də, heç kəs Azərbaycanı öz tutduğu yoldan döndərə bilməyəcək.
Əksinə, orada Avropa təmsilçilərinin çox olması yaxşıdır. Çünki Ermənistan planetin ən qeyri-demokratik ölkəsidir. Parlamentin güllə-boran edilməsi də orada olub, prezidentliyə namizədə sui-qəsd edilməsi də, qonşu ölkədə Xocalı soyqırımının törədilməsi də. Üstəlik, Azərbaycan ərazilərinin 20 faizini işğal edərək yüzlərlə yaşayış məntəqəsinin Yer üzündən silinməsini də məhz bu ölkənin rəhbərləri törətmişdilər. Ona görə də Ermənistanda Avropa mütəxəssislərinin çox olması, əslində, müsbət hal ola bilərdi... Hərgah, ora gələnlərin hamısı sülh məramı ilə, xoş niyyətlə, humanitar məqsədlərlə gəlmiş olsaydı... Çox təəssüf ki, belə deyil.
Son zamanlar dəfələrlə sübut olunub ki, başda Fransa olmaqla, Avropanın bir neçə ölkəsi Cənubi Qafqazda sülhün bərpa edilməsini əngəlləmək məqsədilə Ermənistana öz təlimatçılarını göndərirlər. Bu, az imiş kimi, qonşu ölkənin ərazisini işğal etdiyinə görə Azərbaycan əsgəri tərəfindən burnu ovulmuş Ermənistanı daha bir müharibəyə ruhlandıran, hətta hazırlayan ölkələr də var. Bu isə bizi narahat etməyə bilməz. Odur ki, həm işğalçıya, həm də onu yeni avantüraya çağıranlara öz xəbərdarlığımızı etmişik.
“Avromissiya”lara gəlincə, Azərbaycan tərəfi haqlı olaraq soruşur ki, həmin qruplar Ermənistanda nə ilə məşğul olacaqlar? Axı keçmiş münaqişə artıq bitib, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb, Azərbaycan qalib olsa da, heç bir diktə irəli sürmədən sülh danışıqlarını təklif edir və sair. Yəni, region sülhün astanasındadır. Bəs elə isə Avropa nə üçün əl çəkmir?
Hamının yadındadır, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin il dekabrın 19-da başa çatmışdı. Razılaşmaya əsasən, 40 nəfərdən ibarət mülki missiya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndərilməsi barədə razılığa gəldilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə göndərildi. Xatırladaq ki, Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi razılıq verməyib.
Bir məqamı yada salaq. Azərbaycan hələ əvvəldən bu missiyaların heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmişdi. Sonrakı dönəmdə baş verən proseslər, xüsusən də, törədilən təxribatlar Azərbaycanın haqlı olduğunu dəfələrlə göstərdi. Belə ki, Ermənistan Müdafiə Nazirliyi ənənəvi təxribat üsulundan istifadə edərək daim dezinformasiya yayır ki, guya, Azərbaycan Silahlı Qüvvələri Aİ müşahidəçilərinə atəş açır və sairə.
Xeyir ola, məqsəd nədir? Təbii ki, bu avantüranın “müəllifi” rəsmi İrəvandır. Ekspertlərin fikrincə, Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Amma, əbəs yerə. Daha Ermənistanın “qatarı gedib”. İndi gündəlikdə başqa qatarlar var – Zəngəzur dəhlizi vasitəsilə Avrasiya ölkələrinin iqtisadiyyatını bir-birinə qovuşduracaq qatarlar daha çox maraq kəsb edir.
Yuxarıda qeyd etdik ki, Ermənistanın öz yerində sakit oturmasını istəməyən siyasi dairələrin önündə Fransa gedir. Rəsmi Paris regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün yaranan fürsətdən istifadə etməyə çalışır. Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, missiya regionda sülh prosesinə xələl gətirməməli və birtərəfli mövqe nümayiş etdirməməlidir.
Onu da əlavə edək ki, ərazisində Rusiya Federasiyasının hərbi bazası olan bir ölkənin “həftə səkkiz, mən doqquz” Avropa təmsilçilərini dəvət etməsi Kremldə o qədər də sakitliklə qarşılanmır. Yəni İrəvan rəhbərliyinin gerizəkalılığı Cənubi Qafqazı növbəti bir qarşıdurmaya sürükləyir. Əvvəlki qarşıdurma Cənubi Qafqazın iki ölkəsi arasında olduğuna görə fəsadları o qədər də sarsıdıcı olmamışdı. Yəni müharibədən sonra hər iki ölkə ayaq üstədir. Böyük güclərin iştirakı ilə törədiləcək növbəti qarşıdurmadan sonra isə Ermənistan dövləti ayaq üstdə qalmaya bilər. Çox təəssüf ki, rəsmi İrəvan bunu anlamır.
Sonda sərlövhədə xatırlatdığımız başqa bir arqumentimizi əsaslandırmağa çalışaq. Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra demişdi: “Müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”. Həmin 44 gündə uzaq Kanada ölkəsi iki faktla yaddaşımıza yazılmışdı. Rəsmi Ottava həmin günlərdə Türkiyəyə hərbi texnika (“Bayraqdar” üçün müşahidə kameraları) ixracını dayandırmış, sonra isə Fransanın başladığı “Artsaxı tanı” kampaniyasını dəstəkləmişdi. Üstəlik, bu ölkə hələ 2004-cü ildə “erməni soyqırımını” tanımışdır.
Tarixi mənbələr göstərir ki, ermənilər Kanadaya son yüz ilə yaxın müddətdə gəliblər. İndi onların sayı 70 minə yaxındır. Bu faktları sadalamaqda məqsədimiz məhz həmin 70 min erməninin Kanada kimi iqtisadi imkanları olan Şimali Amerika ölkəsini riyakarcasına Avropa İttifaqına yamaq etməsini göstərməkdir. Belə ki, Kanada hələ 3 il əvvəl “Ermənistan demokratiyasına dəstək” adlı bədnam kampaniyaya qoşulub. Bu ölkənin xarici işlər naziri Melani Coli rəsmi açıqlamasında yazıb: “Kanada münaqişənin sülh yolu ilə dəstəkləməyə və Cənubi Qafqazda sabitliyin təmin edilməsinə sadiqdir. Regionda mövcudluğumuzu buna görə artırırıq. Bu gün Kanadanın Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini bildiririk”.
Yəni ermənilərin murdar xisləti və onların havadarlarının bəd niyyəti üzündən Cənubi Qafqazda baş verən proseslər bir çox siyasi dairələrin “ağzını sulandırır”. Ancaq onlar unudurılar ki, regionda Türkiyə Cümhuriyyəti də var, Azərbaycan Respublikası da. Ona görə də bu torpaqlara əl uzadanların burnu Ermənistanın burnu kimi əzilə bilər. Ermənistanda hər nəfərə bir Avropa missioneri düşsə də, yanında bir kanadalı da dayansa belə, Azərbaycan öz haqq yolundan dönən deyil.
İttifaq MİRZƏBƏYLİ
XQ