Rumıniyanın Azərbaycandakı səfiri Göygölə səfər edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vasile Soarenin rəhbərlik etdiyi nümayəndə heyəti Göygöl rayonunda səfərdə olub.

Səfər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov nümayəndə heyətinin üzvlərini qəbul edib. Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, humanitar əlaqələrin, mədəni əməkdaşlığın və qarşılıqlı münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Rayon rəhbərliyi tərəfindən qonaqlara Göygöl rayonunun tarixi, sosial-iqtisadi inkişafı, turizm potensialı və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti isə göstərilən səmimi qəbula görə təşəkkürünü bildirib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Göygöl şəhərində yerləşən qəbiristanlıqda II Dünya müharibəsi dövründə burada dəfn edilmiş rumın hərbi əsirlərinin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad edərək məzarlar önünə gül dəstələri düzüblər.

Qeyd olunub ki, bu cür səfərlər xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

















Sosial həyat