Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 213 Bakı şəhəri, 25 iyun 2023-cü il

“Nəqliyyat vasitələrinin parklanması­na görə ödənişin məbləği”nin təsdiq edil­məsi haqqında

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Res­publikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.2.5-ci yarım­bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinin parklanma­sına görə ödənişin məbləği” təsdiq edil­sin (əlavə olunur).

2. Bu Qərar dövlət avtomobil yolla­rında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təs­diq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanma­sı və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

4. Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları