Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 96 Bakı şəhəri, 4 aprel 2023-cü il

“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barə­də” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında dəyişik­lik edilməsi haqqında

“Azərbaycan Respublikası Pre­zidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsas­namə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin struk­turu”nda və “Azərbaycan Respublika­sının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1868 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1001, № 10, maddə 1295; 2016, № 2 (II kitab), maddə 355, № 9, maddə 1585; 2018, № 9, maddə 1943, № 10, maddə 2170, № 11, mad­də 2462; 2019, № 3, maddə 518, № 8, maddə 1460; 2020, № 4, maddə 477, № 12 (V kitab), maddə 1613; 2021, № 11, maddə 1259; 2022, № 2, mad­dələr 172, 188, № 3, maddə 268) ilə təsdiq edilmiş “İstintaq təcridxanaları­nın daxili intizam Qaydaları”nın 1.7-ci bəndindən “(Naxçıvan Muxtar Respub­likasının ərazisində - Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi)” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları