Qafqaz Albaniyası Dədə Qorqud yurdu idi

post-img

Erməni “albanşünas”ların iddiaları isə gülünc xülyalardır

Məşhur albanşünas alim K.Trever özünün “Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin oçerki” adlı kitabında qeyd edir ki, Moisey Kalankatlının “Albaniya tarixi” əsərində rast gəlinən ermənilərlə bağlı məlumatlar saxtadır. Sonradan erməni keşişləri tərəfindən bu əsərə daxil edilmiş kompilyativ fraqmentlərdir. 

K.Trever burada böyük bir sualın cavabını açıqlayır. O məlumat verir ki, erməni keşişləri orta əsrlər dövründə Alban tarixi əsərinə ermənilər haqqında olan uydurmaları və əfsanələri ona görə daxil edirdilər ki, erməni xalqı ilə alban xalqının tarixini eyniləşdirsinlər, bunların bir soy-kökdən olduğunu əsaslandırsınlar və sübut etsinlər. Bu və digər maraq doğuran məsələlərə aydınlıq gətirmək üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Ramin Əlizadə ilə görüşüb söhbət etdik:

– Əlbəttə, bu cəfəngiyatı hələ 0 il öncə albanşünas alim K.Trever ifşa edib. Bundan sonra aparılan tədqiqatlar şübhəsiz ki, erməni və alban mədəniyyətlərinin tamamilə bir-birinə yad mədəniyyət olduğunu sübut etdi. Albanların xristianlığı ermənilərdən əvvəl qəbul etdiyini yazan Moisey Kalankatlı qeyd edir ki, albanlar xristianlıq dinini qəbul edəndə, kilsələrə gedib dini ibadət mərasimlərini icra edəndə ermənilər hələ də bütpərəst toplum idilər.  

-Ermənilər bütpərəst toplum idi?

– Bəli. Ermənilərin bütpərəst toplum olmasını özlərinin tarixçisi kimi qələmə verdikləri, əslində yunan əsilli tarixçi və din xadimi olan Favstos Buzand da qeyd edib. O, “Tarix” əsərində yazır ki, erməni çarı Tiran hakimiyətdə olduğu zaman ( 950-ci illər) Ərzurum yaxınlığında Tordanda kilsəni idarə edən parfiyalı Müqəddəs Qriqorisin nəvəsi İusik idi. O zaman İusik yeni katolikos seçilmişdi. Əslində, katolikos rütbəsi ermənilərdə yox idi, o erməni kilsəsinə rəhbərlik edən keşiş idi. 4-ci ildə yeni il günü Tiran kilsəyə girərək dini bayramı qeyd etmək istəyərkən İusik ona mane olur. İusik kilsənin qapısı ağzında duraraq Tiranı buraxmır. 

Favstos Buzand İusikin erməni çarına qarşı çıxışını öz əsərində ətra ı təqdim edir. İusik erməni çarına deyir ki: “sən o qədər murdar əməllər törətmisən ki, adını xristianlıq qoyub, İsanın dinini qəbul etmək qoyub, o bəhanə ilə əslində bütpərəst məbədlərinə getmisən, xristian olmamısan və xristianlığa qarşı qəddar tədbirlər görmüsən, xristian din xadimlərini qətlə yetirmisən”. 

İusikin bu sözündən sonra Tiran öz nahararlarına (ətrafında olan hərbçi feodallar) əmr verir, onlar zopayla keşiş İusiki kilsənin içərisində döyüb öldürürlər. 

IV əsrin birinci yarısında Alban hökmdarı Urnayr xristianlıq dinini rəsmən dövlət dini elan etmişdi. Bu dövrdə Albaniyada xristianlıq dövlət səviyyəsində təbliğ olunurdu. Amma ermənilər həmin dövrdə xristian din xadimlərini kilsənin içində qətlə yetirirdilər. Buna görə də albanlarla ermənilərin xristianlıq tarixi tamamilə bir-birinə ziddir.

- Alban ölkəsi haqqında ilk məlumatlara mənbələrdə nə vaxtdan rast gəlinir?

– Alban adı ilk dəfə mənbələrdə e.ə. VIII əsrin ortalarında, konkret olaraq e.ə. 4-cü ildə Urartu hökumdarı II Sardurinin “Xəzinə Qapısı” adlı kitabəsində Ku-Alban kimi çəkilir. Urartu mixi yazılı mətnlərində Göyçə gölü ətrafında yaşayan tayfalardan, eləcə də Göyçə gölünün şimal-qərbini əhatə edən Etiuni (Etiuhi), Alban, uipruni və Kamniu ölkələrindən bəhs edilir. Qarqar tayfasının yaşadığı ərazi Qurqumeli kimi tanınır. Urartu mixi yazılı kitabələrində Azərbaycanın qərb bölgələrində şəhərlərdən, qalalardan, eləcə də digər yaşayış məntəqələrindən də bəhs olunur. Amma albanların adının e.ə. 743-cü ildə bir Urartu kitabəsində, həm də Göyçə gölünün şərqinə aid bölgədə çəkilməsi əslində, Albanların Kür çayının sağ sahilində, hələ e.ə.VIII əsrin ortalarında yaşadığını sübut edən tutarlı dəlildir. Halbuki müasir albanşünaslıq elmində belə bir fikir var ki, Albaniya dövləti Kürün sol sahilində meydana gəlib, sonrakı dönəmlərdə, yəni erkən orta əsrlər dövründə Kürün sağ sahilinə irəliləyib və bizim eranın IV əsrinin sonlarından başlayaraq Kürün sol sahili ilə yanaşı sağ sahilində də möhkəmlənib. Bu konsepsiyaya görə V əsrin ortalarında Albaniyanın paytaxtı müasir Bərdə şəhəri yaxınlığında yerləşən qədim Partav şəhərinə köçürüldüyünə görə Kürün sağ sahili yalnız bu dövrdən etibarən Alban torpaqları olub. Amma e.ə. 743-cü ildə baş vermiş hadisələrdən bəhs edən Urartu mixi yazılı kitabəsi Qafqaz Albaniyası haqqında mövcud olan yanlış fikirlərin üstündən xətt çəkir, albanların e.ə. 743-cü ildə artıq bir tayfa ittifaqı formalaşdırdığını və Qərbi Azərbaycan ərazisində yaşadığını sübut edən tutarlı dəlil kimi qarşımıza çıxır. 2800 il əvvəl Urartu qaynaqlarında Alban ölkəsindən bəhs edilməsi albanşünaslıq elmində Qafqaz Albaniyası haqqında mövcud olan yanlış konsepsiyanı, əsasən də bu dövlətin e.ə.IV əsrin ikinci yarısında meydana gəlməsi haqqında irəli sürülmüş fərziyyəni alt-üst edir.

- Xahiş edirəm Etiuni ölkəsi və utilər barədə məlumat verəsiniz. Bu məlumatlar oxucular üçün də maraqlı olardı.

-  E.ə.IX əsrin son rübündən başlayaraq Urartu hökmdarı İşpuininin və oğlu Minuanın hakimiyyəti dövründən başlayaraq Azərbaycanın qərb torpaqları yeni hücumlara məruz qaldı. Bu barədə məlumat verən Urartu mixi yazılı kitabələri Azərbaycanın qərbində Etiuni ölkəsindən bəhs edir. Etuhi və ya Etiuni toponimi “etiu”, yəni “uti” və Urartu dilində mənsubiyyət bildirən “-hi”, məkan və yer mənasını bildirən “-ni” su- kslərindən ibarət olub, “Utilərin ölkəsi” deməkdir. Bəhs olunan dövrdə Etuhi ölkəsi albanlar da daxil olmaqla onlarla yerli tayfanın birləşdiyi konfederasiya idi. Albanlardan əvvəl bu bölgədə tayfa ittifaqı yaradan, yəni yerli tayfaları vahid konfederasiyada birləşdirən etnos etiular olmuşdur. Urartu mənbələrində utilərin, albanların, qarqarların, lipinlərin və digər tayfaların hər birinin tayfa başçısının və ya hökmdarının adı çəkilir. Amma etiular, yəni utilər haqqında məlumat verən mixi yazılı mətnlərdə onların bir neçə hökmdarının olmasından, şəhərlərindən və Göyçə gölünün qərbini əhatə etməsindən bəhs edilir. E.ə.VIII əsrin birinci yarısında Etiuni ölkəsi müasir Qars bölgəsinə qədər, Ağbaba, Şörəyel, Dərəçiçək, Qərbi Azərbaycanın şimal-qərb bölgələri, hətta Çıldır gölünə qədər böyük bir coğrafiyanı əhatə edirdi. Urartu mixi yazılı kitabələrində Etiuni tayfa ittifaqından Qərbi Azərbaycan ərazisini ilk dəfə vahid dövlət halında birləşdirən güclü etnos kimi bəhs edilməsi bölgədə yerli dövlətçilik ənənələrinin möhkəm əsaslara malik olduğunu sübut edir.

Urartu mənbələrində etiu, daha sonrakı dövrlərdə isə yunan mənbələrində uti adlanan etnos bölgədə hakim mövqeyə malik idi. Etiuların bu cür konfederativ hakimiyyəti iskit tayfalarının bölgəyə gəlişinə qədər davam etmişdir. İskitlərə qədər Cənubi Qafqazda, eləcə də, Qərbi Azərbaycan ərazisində Urartu hücumlarına qarşı ciddi müqavimət göstərən başlıca qüvvə etiular olmuşdur. Etiu tayfaları albanları, qarqarları, lipinləri və digər yerli tayfaları vahid dövlət halında birləşdirib. Azərbaycanın şimal torpaqlarında, eləcə də Şimal-Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan respublikası nəzərdə tutulur – R.Əlizadə) etiuların vahid dövlətçilik xəttini əvvəlcə iskitlər, daha sonra isə albanlar davam ediblər.

-Alban ölkəsinin adının Arran-Ardan kimi çəkilməsi nə ilə bağlıdır?

– Yunan və Roma müəlli ərinin əsərlərində Alban tayfalarının birliyindən, Albaniya dövlətindən bəhs edildiyi zaman artıq Makedoniyalı İsgəndərin imperiyası dağılmışdı. Onun ölümündən sonra diadoxları, yəni sərkərdələri arasında çəkişmələr regionda siyasi dağınıqlıq vəziyyəti yaratmışdı. Bu dövrdə Azərbaycan ərazisində Albaniya və Atropatena dövlətlərinin formalaşması məhz iskitlərin qədim dövlətçilik ənənəsinə əsaslanırdı. Təsadüf deyil ki, Azərbaycanın ilk tarixçisi Moisey Kalankatlı “Albaniya tarixi”ndə Albanların ilk hökmdarının Sesak (Qara Sak) soyundan olan Aran (Arran) olmasından bəhs edir. Bu kitabın ilk variantı Alban dilində yazılsa da, sonralar erməni keşişləri qrabar dilinə tərcümə edərək üzünü köçürüb və yeni mətnlər əlavə edərək ciddi təhriflərə yol veriblər. Əsəri diqqətlə oxuyanda, tarixi-filoloji və mətnşünaslıq baxımından təhlil edəndə aydın olur ki, bu əsərin ilk variantı şübhəsiz ki, Alban dilində olub. Alban hökmdarı Cavanşirin dövründə, yəni VII əsrdə yaşamış Moisey Kalankatlı onun tapşırığı ilə bu əsəri qələmə alıb. Bu kitabda Cavanşirin ölümündən xeyli sonra, hətta VIII və IX əsrə aid hadisələr öz əksini tapıb. “Albaniya tarixi”nin sonuncu kitabı, yəni üçüncü kitab Moisey Kalankatlının ölümündən sonra qələmə alındığı zaman qrabarca yazılıb. Movses Dasxuranatsi adında bir erməni keşişi bu hissəni yazıb, əsəri isə bütövlükdə qrabarca qələmə alıb. Bu zaman o, erməni əfsanələrini, mifologiyasını, Ermənistan haqqında rəvayətləri də “Albaniya tarixi”nə əlavə edib.

Qafqaz Albaniyasında ilk hökmdar sülaləsi Arandan başlayır. Aranın adı mənbələrdə Qara Sak (Böyük Sak) soyundan olan Aran kimi çəkilir. Moisey Kalankatlı Alban tarix əsərində onun Sesak soyundan olduğunu yazır. Qrabarca mətnlərdə rast gəlinən Sesak adı türkcəyə “Böyük Sak” kimi tərcümə olunur. Moisey Kalankatlı yazır ki, Böyük Sak soyundan olan Aran və onun varisləri Alban ölkəsini idarə ediblər.

Albaniya adı III əsrə aid mənbələrdə, əsasən də Sasani şahənşahı II Şapurun Nəqşi-Rüstəmdə Kəbeyi-Zərdüşt kitabəsində pəhləvi variantında Arran, Parfiya variantında isə Ardan kimi çəkilir. Alban ölkəsinin adının Arran-Ardan kimi çəkilməsi bu ölkənin hökmdarının Aran olması ilə bağlıdır. Yəni Albaniya Aranın ölkəsi olduğu üçün Aran, Ardan və ya Arran adlanıb. Arran adının aramey mətnlərində Eran və ya Aran adı ilə heç bir bağlılığı yoxdur. Bu ad İskit-Sak əsilli hökmdar olan Aranın ölkəsi mənasında işlənib. Əslində, İskitlərin e.ə. VIII-VII əsrlərdə Azərbaycanın şimalında və cənubunda möhkəmlənməsi buradakı hakim sülaləsinin İskit mənşəli olmasını deməyə imkan verir. Burada e.ə. I minilliyin ortalarından başlayaraq dövlətçiliyin formalaşması məhz iskit tayfalarının adı ilə bağlı idi. Qafqaz Albaniyasında hakim sülalələr və onların idarəçilik sistemi də öz başlanğıcını İskit dövlətindən götürüb.

Nəhayət, deyək ki, Qafqaz Albaniyası ulu Dədə Qorqudun yurdu idi. Erməni “albanşünas”ların iddiaları isə gülünc xülyalardır.

Söhbətləşdi: 

Pünhan ƏFƏNDİYEV

XQ

Müsahibə