Vulkan 9 kilometr hündürlüyə kül atıb

post-img

Rusiyanın Kamçatka yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının teleqram kanalında məlumat verilib.

Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnutudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub. Klyuçevskoy (Klyuçevskaya Sopka) təxminən 7 min il yaşı olan, hündürlüyü dəniz səviyyəsindən 4688-4750 metr çatan Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən, 700 m diametri olan zirvə kraterinə malik konusvari coğrafi obyektdir. Yamaclarda 80-ə yaxın ikinci dərəcəli partlayış kraterləri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi qəsəbəsindən 30 km aralıda yerləşir.

XQ

Son xəbərlər