Ölkəmiz Şimali Atlantika Alyansı üçün vacib və dəyərli tərəfdaşdır

post-img

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın suallarını cavablandırıb. 

– Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq sənədini imzalama­sının və NATO ilə məzmunlu tərəfdaşlığının əsasının qoyul­masının bu il 30 ili tamam olur. Ümumilikdə, bu müddətdə tərəflər arasında əlaqələrin ha­zırkı səviyyəsini necə qiymət­ləndirərdiniz?

– Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır. Bu­nun bir çox səbəbləri var. Biz bu il əməkdaşlığımızın 30 illiyi­ni qeyd edirik. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında işti­rak edib. Uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqa­nıstandakı missiyalarına töhfə verib. Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüş­müşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonla­rına yaxın səfirliyi və hava lima­nını qorumaqda böyük rol oyna­yıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə bir­likdə tərk edən son hərbçilər azər­baycanlılar olublar. Biz, həmçinin bir sıra digər sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu güc­ləndirmək sahəsində Azərbay­canın oynadığı rolu alqışlayırıq. NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əmək­daşlıq edib və hazırda biz əmək­daşlığımızı daha da inkişaf etdir­məyin yolları üzərində işləyirik. 

– Son 30 ildə Azərbaycan NATO ilə regional təhlükəsiz­lik, müxtəlif əməliyyatlar, sülh-yaratma tədbirləri və digər sahələrdə sıx əməkdaşlıq edib. Bütün bunları ümumiləşdirsək, Azərbaycanın NATO üçün önə­mi nədən ibarətdir?

– Azərbaycanla NATO arasın­da praktiki tərəfdaşlıq və siyasi di­aloq mövcuddur. Azərbaycan həm də NATO üçün enerji təhlükəsizli­yi baxımından son dərəcə əhəmiy­yətli ölkədir. Xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiya NATO müttəfiqləri­ni çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıq­dan sonra bu, daha çox vacibdir. Azərbaycan tərəfdən artan qaz tə­darükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığın­dan azad olmasına imkan yaradıb. Bu proses çox sürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixra­cının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacib­dir. Mən, həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymət­ləndirirəm. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji tə­minatçısı kimi rolunu artıracaq. 

Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələri­nin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissə­sidir. Bununla Azərbaycan bö­yük enerji keçidi edə bilər. İqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyirsinizsə, bu, baş verməlidir. Bu kontekstdə COP29-un Azər­baycanda keçirilməsi çox vacib­dir. Azərbaycan bu ilin noyab­rında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynaya­caq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir. 

– Qeyd etdiyiniz kimi, Azərbay­canın NATO əməliyyatlarına dəstəyi əməkdaşlığın mühüm sahələrindən birini təşkil edib. Azərbaycan hərbçiləri Kosovo əməliyyatlarında və Əfqanıs­tanda Beynəlxalq Təhlükəsiz­liyə Yardım Qüvvələrində fəal iştirak edib, o cümlədən siya­si, hərbi, logistik, hava və yer tranziti ilə bağlı dəstək verib. Azərbaycanın bu sahədə dəstə­yi barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik. 

– Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Onlar uzun illər Əfqanıstanda hava limanının müdafiəsində böyük rol oynayıb­lar. Azərbaycan hərbçiləri uzun illərdir müxtəlif tapşırıqların öh­dəsindən bacarıqla gəlirlər. Lakin onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oy­nayıblar. Hava limanında, həm­çinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstə­rilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Tür­kiyə hərbçiləri ilə yanaşı hava li­manının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacib­dir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təx­liyəsini təşkil edirdi. O yaralan­mışdı. Onun həyatını azərbaycan­lı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar. Biz onların bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarıq. 

– Regionda formalaşmış yeni reallıqlar fonunda NATO ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər və fəaliyyət planı nə­dən ibarətdir?

– Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzim­lənməsi bizim üçün çox vacibdir. Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildir­di ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bir sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir. Bu, həmçinin investi­siyanın cəlbi və rifah üçün şəra­itin yaradılması baxımından çox əhəmiyyətlidir. Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inki­şaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malik­dir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təh­lükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək. 

– Bu il NATO üçün yeni üzvün qəbulu baxımından fəal başlayıb. Ümumilikdə NATO-nun növbəti illər üçün prioritet hədəfləri nədir? Bu hədəflərin icrasında Qafqaz re­gionunun rolu nədən ibarətdir? 

– Qafqazda bizim bir neçə va­cib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İtti­faqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, Qafqaz Ru­siyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün va­cibdir. Əgər Prezident Putin Uk­raynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azər­baycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn po­zulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdləri­ni azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağın­da olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlən­məsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşü­nürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox va­cibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir. 

– Azərbaycan Silahlı Qüvvələ­rinin NATO standartlarına uyğunlaşdırılması istiqamətin­də müəyyən layihələr həyata keçirilib. Bu fəaliyyətlər əsasən nədən ibarətdir və hazırda bu istiqamətdə hansısa yeni ad­dımlar nəzərdə tutulubmu?

– NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırıl­ması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliy­yət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO stan­dartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirə­cək. Biz, eyni zamanda, əməkdaş­lığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələri­ni bir-birinə daha da yaxınlaşdıra­caq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq.

Müsahibə