Füzuliyə bu dəfə 34 ailə yola salınıb

post-img

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə – 123 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhə­rinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

XQ

Son xəbərlər