Bakıda özbək musiqi xadimləri ilə görüş təşkil olunacaq

post-img

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçiriləcək.

MEMİM-dən XQ-yə bildirilib ki, görüşün məqsədi iki ölkənin musiqi mədəniyyəti sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbir çərçivəsində Özbəkistan musiqiçiləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Mədəniyyət