Mirzə Qədim İrəvaninin ""Xalq" a əmanəti"

post-img

"Xalq Bank" ASC-nin həyata keçirdiyi "Xalq Əmanəti" layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, M.Q.İrəvaninin 200 illiyinin qeyd olunması ilə əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.

M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilmişdir.

Rəssamın əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənir. Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur, günümüzə çatan əsərləri isə İrəvan diyarının və bütövlükdə Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir.

XQ

 

Mədəniyyət