Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın məşhur “Qaravəlli” əsəri səhnəyə qoyulub.
Gənc rejissor Abdulla Elşadlının quruluş verdiyi tamaşanın premyerası uğurlu alınıb. Meydan tamaşası üslubuna xas detallar, müəllifdən gələn ironiya, yumor, rejissor yozumunda uğurlu səhnə həllini tapıb. Truppa üzvləri hərəyə bir neçə obraz yaratmalarına rəğmən, tam fərqli oyun nümayiş etdiriblər. Rollarda Əməkdar artist İzaməddin Bağırov, aktyorlar İlham Səfərli, Habil Xanlarov, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Elmir Mehdiyev, Aynur Hümbətova, Ramazan Xanlarov, Əmrah və Etibar Əmirov oynayıblar.
Səhnə əsərində əsas mövzu etinasız insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən cismən yerə gömdüyündən bəhs edilir.
Tamaşanın bədii tərtibatı Nizami Dadaşova, musiqi tərtibatı Elay Xasıyevə, ritmika Ramazan Xanlarova aiddir. Rejissor assistenti Rəvan Hüseynzadə, rejissor köməkçisi Fazilə Rzayevadır.
XQ